Ötən il kapital bazarında ticarət dövriyyəsinin ümumi həcmi ötən il 2,6 dəfə artaraq 72,5 milyard manat olub.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Tərlan Rəsulov Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, qiymətli kağızlar bazarında da 62 faiz artım müşahidə edilib.
“Kapital bazarlarının əhəmiyyəti biznesin maliyyə tələbatını ödəməsi və maliyyə bazarlarının dayanıqlılığını artırmasıdır. Qlobal kapital bazarlarının həcmi 65 faiz artaraq 300 trilyon dollardan çox olub. Son on ildə bu, əhəmiyyətli artımdır. Qlobal səhm bazarı isə 110 trilyon dollar həcmindədir. Qlobal kapital bazarlarında korportiv istiqrazların həcmi 2014-də 1,3 trilyon, ötən il 2,4 trilyon dollara çatıb”, - deyə baş direktor vurğulayıb.
T.Rəsulov bildirib ki, kapital bazalarında süni intellektin tətbiqi geniş yayılıb: “Kapital bazarları iqtisadi inkişafın növbəti mərhələsi, stimullaşdırılması üçün mühüm rol oynayır. Son 2-3 ildə kapital bazalarında görülən işlərdə əhəmiyyətli irəliləyiş əldə olunub”.