Çinin "yaşıl enerji" avadanlıqları istehsalçısı azad edilmiş ərazilərdən birində zavod açacaq

Çinin "Warom Technology Incorporated Company" şirkəti Azərbaycanda fəaliyyət istiqamətlərini genişləndirməkdə maraqlıdır.

Bunu Trend-ə açıqlamasında sözügedən şirkətin beynəlxalq əməkdaşlıq üzrə direktor müavini Dillon Lu bu gün 30-cu Yubiley “Baku Energy Week” tədbiri çərçivəsində deyib.

 

O, əvvəlcə təmsil etdiyi şirkət barədə məlumat verib: "Çinin Şanxay şəhərindən gəlmişik. Şirkətimiz əsasən neft və qaz, enerji, xüsusən də yaşıl enerji, dəniz və dəniz platformaları üçün partlayışa davamlı elektrik avadanlıqları istehsal edirik. Azərbaycanda tərəfdaşımız var və 2019-cu ildən tərəfdaşlarımıza birlikdə fayda verməyə çalışırıq".

"Azərbaycanda biznesimizi genişləndirməyi planlaşdırırıq. Bu, tərəfdaşlarımızın marağından asılıdır. Gələn il Azərbaycanın azad edilmiş ərazilərindən birində zavod açmağı planlaşdırırıq", - şirkət rəsmisi vurğulayıb.

OSZAR »