Türkiyədən Qırğızıstana mebel ixracı 3 milyon dolları keçib

Türkiyə 2025-cü ilin may ayında Qırğızıstana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46,1 faiz azalaraq, 644 min 95 dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Qırğızıstana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,3 faiz azalaraq, 3 milyon 513 min 83 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalaraq, 3 milyard 231 milyon 87 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 622 milyon 143 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 1,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 7 milyard 874 milyon 808 min dollar məbləğində mebel ixrac edib.

 

OSZAR »