SOCAR ilə “ExxonMobil Corporation” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

“Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR ilə “ExxonMobil Corporation” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Trend-ə bu barədə SOCAR-dan məlumat verilib.

 

Məlumata görə, anlaşma Memorandumunu SOCAR-ın prezidenti Rövşən Nəcəf və “ExxonMobil Corporation” şirkətinin vitse-prezidenti Con Ardil imzalayıblar. Sənəd Azərbaycanın neft-qaz sahəsində birgə əməkdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, “ExxonMobil Corporation” və SOCAR arasında enerji sektorundakı uzunmüddətli tərəfdaşlıq əlaqələri son zamanlar daha da gücləndirilib.

OSZAR »