Türkiyədən Misirə mebel ixracı artıb

Türkiyə 2025-cü ilin may ayında Misirə mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 12 milyon 960 min dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Misirə mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalaraq, 55 milyon 813 min 44 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalaraq, 3 milyard 231 milyon 87 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 622 milyon 143 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 1,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 7 milyard 874 milyon 808 min dollar məbləğində mebel ixrac edib.

OSZAR »